XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 18:31

Trampdan Avropa İttifaqına qarşı gözlənilməz addım –ABŞ-dakı Nümayəndəliyin diplomatik statusu aşağı salındı

Donald Tramp administrasiyası Avropa Birliyinin ABŞ-dakı Nümayəndəliyinin diplomatik statusunu aşağı salıb.

ABŞ bu addımı Brüsselə heç bir xəbərdarlıq etmədən atıb. Mətbuat bu addımın AB rəhbərliyi tərəfindən yaxşı qəbul edilmədiyini yazıb.

İddialara görə, AB nümayəndəliyinin diplomatik statusu 2018-ci ilin noyabrında aşağı salınıb. Məhz bu tarixdə nümayəndəliyin rəhbərliyi Vaşinqtonda keçirilən bir sıra tədbirlərə dəvət almayıb. Bundan sonra nümayəndəlik əməkdaşları ABŞ Dövlət Departamentinə müraciət etsələr də, orada məlumat verməyi unutduqlarını deyiblər.

Qeyd edək ki, AB-nin Vaşinqton Nümayəndəliyi 1965-ci ildən bu yana mövcuddur. (Virtualaz.org)