XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 19:17

Ərdoğanın sözçüsü Boltonla görüşdən sonra:"Terrorçulara fürsət verməyəcəyik"

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlə bağlı açıqlama verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Boltonla görüşdə ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə detallı müzakirə apardıqlarını deyib: “Türkiyə ilə sərhəd də daxil olmaqla Suriya torpaqlarının terrorçulardan tamamilə təmizlənməsi olduqca vacibdir. Biz PYD/YPG-də daxil olmaqla terror təşkilatlarına və digər ünsürlərə yeni fürsətlər verməməliyik. Bununla da, Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik bərqərar olacaq, eyni zamanda, suriyalıların terror hücumlarından və digər təhlükələrdən xilas olmaları təmin ediləcək”.

Türkiyənin İŞİD-lə mübarizədə lap əvvəldən öndə gedən ölkələrdən olduğunu söyləyən İbrahim Kalın bildirib ki, ölkəsi “Fərat qalxanı” hərəkatı ilə Cerablus, Əl-Bab xəttini İŞİD terrorçularından təmizləməklə üzərinə düşən öhdəliyi yerinə yetirib.

Ərdoğanın sözçüsü Boltona Suriyadakı real vəziyyətlə bağlı iki qovluq verdiyini də təsdiqləyib..