ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Bolton Türkiyədə səfərdə olarkən Suriya ilə bağlı mühüm açıqlama verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Suriyada mövcud olan ABŞ qoşunlarının 2 min nəfərini çıxaracaqlarını deyib: “Qalanları ilə bağlı qərarın yerinə yetirilməsi oradakı vəziyyətdən asılı olacaq”.
Xatırladaq ki, ABŞ-ın suriyada 5 mindən çox hərbçisi var.
Ötən ilin dekabrın 19-da Tramp onları geri çəkiləcəyini bəyan etsə də, sonradan o, belə söz demədiyini iddia edib.