XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 12:43

Azərbaycanda nefthasilatı azalır

neft

 

2016-cı ilin yanvar ayında Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 3 mln. 523,4 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Yanvar ayında 3 mlrd. 519,7 mln. kubmetr (azalma 3,9%) qaz hasil olunub.

 

Hesabat ayında qaz hasilatı 2 mlrd. 546,8 mln. kubmetr (artım 2,2%) təşkil edib. Bununla belə, yanvarda respublikada 1 mlrd. 602,1 mln. kubmetr (azalma 10,5%) əmtəə qazı hasil edilib.

 

2015-ci ildə qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.

 

2016-cı ildə hökumət neft hasilatını 40 mln. 744,9 min ton, qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.