XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2019 - 16:40

Ayətullah Xamnəi:"Bəzi amerikalı rəhbərlər xalis səfehdir"

“Bəzi amerikalı rəhbərlər xalis səfehdir”.

Strateq.az “Təsnim” İA-ya istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xamnəi deyib.

Bu gün Qum şəhərinin bir qrup sakini ilə görüşündə ABŞ-ın İran siyasətini tənqid edən ali dini lider deyib: “ABŞ-ın bəzi rəsmiləri birinci dərəcəli axmaqdır. Onların şücaəti dilə gətirdikləri yava danışıqdan o yana keçmir”.

Ayətullah Seyyid Əli Xamnəi İranın ABŞ-a və hətta Avropanın vədlərinə etibar etməyəcəyini və qətiyyətli olacağını vurğulayıb.

O, təkəbbürlü güclərin İranofobiya, İslamofobiya və şiəfobiya siyasətinə istinad etdiyini deyib: “Əslində dünya xalqları İslami İrana düşmən deyil və gerçəklər ortaya çıxanda İrana dəstək verirlər”.

İslam İnqilabının dini lideri İran rəsmilərinə olan inamnı təkrarlayıb, amma onlara “yanız diqqətli araşdırmadan sonra öz addımlarını atmağa” tövsiyə edərək, ölkənin vəzifəli şəxslərinin hər zaman milli maraqlara, İslam Respublikasının yüksək dəyərlərinə və milli şərəfə diqqət yetirmələrini vurğulayıb.

Ayətullah Xamnəi İranın ABŞ rəhbərliyinə güvənməməsinin səbəbini açıqlayıb: “ABŞ rəhbərliyi sionistlərin maraqları istiqamətində hərəkət edir və sionist rejim tərəfindən şantaj edilir”.