“90-cı illərdə Şimali Qafqazdakı münaqişə Rusiyanı Yuqoslaviyanın taleyi istiqamətinə aparacaqdı”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin regional KİV nümayəndələri ilə görüşü zamanı deyib.
Prezident vurğulayıb ki, rus hərbiçiləri bu ssenarinin qarşısını almaqda fövqaladə qəhrəmanlıq göstəriblər. “Biz ölkənin vahidliyini və ərazi bütövlüyünü saxlaya bildik. Şimali Qafqazdakı münaqişə real olaraq prosesi Yuqoslaviya istiqamətinə aparacaqdı. Buna çox az qalırdı. Həmin ağır şəraitdə, hərbiçilər beynəlxalq terrorizmlə çarpışaraq müsbət nəticə əldə etdilər. Bu çox çətin başa gəldi, amma bacardıq”-deyə Putin qeyd edib.
Qeyd edək ki, Putin ad çəkməsə də çeçenistanda aparılan müharibəyə işarə edib.
X.SƏFƏRLİ