XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2019 - 20:21

“İŞİD üzvü olmuş 47 Qazaxıstan vətəndaşı geri qaytarılıb”- Prezident Nazarbayev

“Bu il yanvarın 6-da Qazaxıstanın 47 vətəndaşı, o cümlədən 30 uşaq Suriyadan evakuasiya edilib”.

Strateq.az AFP-yə istinadla xəbər verr ki, bunu yanvarın 9-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

“Biz döyüş bölgəsinə öz iradələrinin ziddinə aparılmış uşaqların qaytarılması üzərində işləyəcəyik”, – deyə o, əməliyyatın detallarını vermədən əlavə edib.

“Suriya Demokratik Qüvvələri” (SDQ) Bazar ertəsi günü bildirib ki, 5 İŞİD döyüşçüsünü, 11 qadın və 30 uşağı Qazaxıstana təhvil verilməsi ABŞ-dan vasitəçiliyi ilə həyata keçirilib.

Suriyanın şimalındakı təmsilçi Əbdülkərim Ömərin sözlərinə görə, SDQ 44 ölkədən təxminən 900 xarici döyüşçü, 500 qadın və 1000-dən çox uşağı əsir saxlayır.

Qazaxıstan 2017-ci ildən etibarən İran, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya mövzusunda bir sıra danışıqlar aparıb.

Müzakirələr nəticsində xeyli adam vətəninə geri göndəilib.

İraq, həmçinin xarici döyüşçülərin uşaqlarını geri qaytarmağa başlayıb. İŞİD-ə qarşı mübarizəni koordinasiya edən Birgə Əməliyyatlar Komandanlığının məlumatına görə, İraqda 14 millətdən azı 833 uşaq həbsdədir.