XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2016 - 13:47

Lukaşenko Əsədə dəstək verdi:"Təqdir edirik!"

 

 

Esed

 

Belarus prezidenti Aleksandr Lukaşenko Suriya lideri Bəşər Əsədə dəstək mesajı göndərib.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mesajı Bəşər Əsədə Dəməşqdə səfərdə olan Belarus hökumətinin üzvləri çatdırıblar.

 

Nümayəndə heyəti bildirib ki, Lukaşenkonun mesajında Suriya xalqına dəstək ifadə olunub, suriyalıların ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda kompromissiz mücadiləsi təqdir olunub.

 

Suriyada qonaqları prezident Əsəd özü qəbul edib. Belarus rəsmisi İqor Karpenko Lukaşenkonun Suriya ilə dostluq münasibətlərini bundan sonra da inkişaf etdirməkdə, ən müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu çatdırıb. 

 

Nümayəndə heyəti Suriya parlamentinin deputatları, hakim partiyanın üzvləri ilə də görüşüb.