XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 14:03

İranın hərbi hava qüvvələri genişmiqyaslı təlimə başladı- Generaldan açıqlama

Yanvarın 10-da İranın hərbi hava qüvvələri genişmiqyaslı təlimə başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimlərə strateji bombardmançı Su-24, F-4, F-5, F-7, təyyarələri ilə yanaşı, hərbi nəqliyyatda istifadə edilən “Boeing 707” və “Boeing 747” təyyarələri də qatılacaq.

İranın hərbi hava qüvvələri komandanının müavini briqada generalı Əmir Vahidi bildirib ki, təlimlərdə yeni istehsal olunan pilotsuz uçan aparatlar da (dronlar) sınaqdan çıxarılacaq. Bu aparatlar uzaq məsafələrə raket daşımaq imkanına malikdir.

General bildirib ki, İran heç kimə güc göstərmək niyyətində deyil. İranın gücü hamıya bəllidir. Təlimlərin məqsədi hava qüvvələrinin döyüş qabiliyyətini yoxlamaqdan ibarətdir.