XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 14:39

Putinin adamı Avropa yəhudilərininlideri seçildi 

 

Mose Kantor


 

Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan Moşe (Vyaçeslav) Kantor yenidən Avropa yəhudilərinin lideri seçilib.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kantor artıq üçüncü dəfədir bu postda liderliyi ələ alır.

 

Mətbuat yazır ki, Kantor Putinlə münasibətləri korlamaq istəməyən oliqarxlardandır. Putin siyasətlə məşğul olan milyarderlərə savaş açanda, onların lideri Mixail Xodorovskini həbsə atanda Kantor fərqli addım adıb və Putinlə ittifaq bağlamaq yolunu seçib. 

 

«Forbes» Kantorun varidatının 2,7 milyard dollar olduğunu açıqlayıb. Oliqarx Avropadakı 2,5 milyon yəhudini, 42 yəhudi icmasını birləşdirən bu quruma 2007-ci ildən rəhbərlik edir.