XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 06:57

Ramiz Mehdiyev AMEA-nın yığıncağında iştirak edir – FOTO

RAMIZ.jpg

AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı başlayıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir. ümumi yığıncaqda həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.

RAMIZ2.jpg