XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 16:12

Mustafa Koçun yerinə təyinat oldu- FOTO

 

mustafakoc_gazete

 

Ötən ay ürək tutmasından dünyasını dəyişən "Koç Holding"in İdarə Heyətinin sədri Mustafa Koçun yerinə təyinat olub.

 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni sədr B.Koçun qardaşı Mehmet Ömer Koçdur.

 

M.Ö.Koç buna qədər İdarə Heyətində sədr müavini vəzifəsini tuturdu. Onun yerinə isə ailənin başqa bir üzvü – kiçik qardaş Ali Koç gətirilib.

 

 

Rahmi Koçun oğlanlarından biri olan Ömer Mehmet Koç 1962-ci ildə Ankarada doğulub. Orta təhsilini Robert Kollecində, ali təhsilini Kolumbia Universitetində alıb. "Koç Holding"ə 92-ci ildə gələn Ö.Koç ilk illər maliyyə koordinatoru, enerji qrup başqanı və İdarə Heyətinin üzvü olub.

 

2008-ci ildən də Mustafa Koçun müavini kimi fəaliyyətə başlayıb. İngilis və fransız dillərində sərbəst danışır.