XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 16:45

Sabiq nazir Mikayıl Cabbarovu müdafiə etdi:“Test ləğv olunmalıdır, ancaq...”

firudin-mikayil

 

Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycanda test sisteminin 3 il sonra ləğv oluna biləcəyi barədəki fikirləri cəmiyyətdə geniş rezonans doğurub. 

Sosial şəbəkələrdə bu fikrə etiraz edənlər test sisteminin ləğvinin yoxsul övladlarının ali təhsil müəssisələrinə qəbulunda problemlər yaradacağını bildirirlər.

Azərbaycanın keçmiş Təhsil naziri Firidun Cəlilov Mikayıl Cabbarovun tərəfdarı olduğunu deyib. O qeyd edib ki, ölkədə test sistemi tətbiq edilərkən bir neçə ildən sonra onun ləğvi nəzərdə tutulmuşdu: 

“Biz test sistemini tətbiq edəndə nəzərdə tutumuşduq ki, bir neçə ildən sonra, işlər qaydasına düşəndə o üsul ləğv olunmalıdır, ümumiyyətlə imtahan ləğv edilməlidir”.

İrəliyə getməyin vacib olduğunu deyən keçmiş nazir indiki şəraitdə test sisteminin ləğvi ilə rüşvətlə oxuyanların sayının artacağını vurğulayıb:

“Təbii ki, pulla övladlarını oxutmaq istəyənlər olacaq. Amma irəli getmək lazımdır”.

Modern.az