XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 18:08

Prezident İranda nəyi müzakirə edəcək?Qarabağ, ticarət, viza... – AÇIQLAMA

ilham iran

 

“Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı iqtisadi məsələlərlə yanaşı, terrorizm və təkfirçilik ilə mübarizə kimi təhlükəsizlik məsələləri haqda da danışıqlar aparılacaq”.

 

Strateq.az bildirir ki, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRİB-ə müsahibəsində bildiirb.

 

Səfirin sözlərinə görə, səfər zamanı tranzit, ticarət və enerji kimi iqtisadi məsələlər ilə yanaşı, təhlükəsizlik məsələləri o cümlədən terrorizm və təkfirçilik ilə mübarizə məsələləri, habelə, Suriya, İraq və Qarabağ məsələləri barədə də danışıqlar aparılacaq.

 

M.Pakayin prezident İlham Əliyevi Tehran səfəri zamanı yüksək səviyyəli iqtisadi, siyasi və beynəlxalq bir heyətin müşayiət edəcəyini bildirib: “Təbii ki, iqtisadiyyat müzakirələrin başlıca mövzusu olacaq. Eyni zamanda regionda mövcud olan hazırkı şəraiti nəzərə alaraq, İran və Azərbaycan yalnız ikitərəfli deyil, Rusiya və Gürcüstanın da iştirakı ilə 3 və 4 tərəfli əməkdaşlıqlara malik olmalıdırlar”.

 

İranın Bakıdakı səfiri daha sonra İran və Azərbaycan dəmir yolları şəbəkəsinin Astarada bir-birinə birləşdirilməsi prosesinin sürətləndirilməsi, Rusiya və Gürcüstan kimi region bazarlarına diqqətin artırılması, turizm xüsusi ilə də səhiyyə turizminin inkişaf etdirilməsi kimi məsələlərin də Azərbaycan prezidentinin İrana olacaq səfəri zamanı diqqət mərkəzində saxlanılacağını bildirib: “Vizanın verilməsinin sadələşdirilməsi də bu səfərin digər mühüm müzakirə mövzularındandır və ümid edirik ki, müsbət nəticə əldə ediləcək”.