XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2019 - 23:04

Netanyahu:"İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır"

İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.

“İsrail [şənbə gününə keçən gecə] Dəməşq beynəlxalq aeroportunda İranın silah anbarına zərbə endirib, bu, bizim İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaqda qərarlı olduğumuzu əks etdirir. Lazım gələrsə, biz bu cür hücumları intensivləşdirməyə hazırıq”, – deyə dəftərxananın baş nazirə istinadən yaydığı bəyanatda bildirilir.

Daha əvvəl İsrail Qəzzada HƏMAS-ın mövqelərinə hava zərbəsi endirib.