XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 09:48

TRAMPDAN ƏRDOĞANA HEYRƏTAMİZ XƏBƏRDARLIQ:“Türkiyə kürdlərə hücum etsə, onu məhv edəcəyik"

“Ankara Suriyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə hücum edərsə, Amerika Birləşmiş Ştatları Türkiyəni iqtisadi cəhətdən məhv edər”.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, belə bir xəbərdarlıqla ABŞ Prezidenti Donald Tramp çıxış edib. Yanvarın 14-də yazdığı tvitində Tramp həm də kürdlərə xəbərdarlıq edib ki, “Türkiyəni təhrik etməsinlər”.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Suriyadan “uzun, vaxtı çatmış çıxarılma” prosesinə başlayıb, ancaq eyni zamanda İŞİD yaraqlıları ilə mübarizəni də davam etdirir. Türkiyə bundan öncə İŞİD yaraqlıları ilə savaşan, ABŞ-a müttəfiq kürd qüvvələrə hücum etməklə hədələyib. Ankara onları Türkiyənin içindəki yaraqlılara bağlı terrorçular hesab edir.

“AP” agentliyi adını çəkmədiyi ABŞ müdafiə rəsmilərinə istinadla yazır ki, onlar hərbi avadanlığın çıxarılmasına başlayıblar. Yaxın həftələrdə 2 min hərbçinin çıxarılacağını gözləmək olar. Trampın Suriyadan çıxmaq qərarı müttəfiqlərini sarsıdıb, Suriyadakı kürdləri qəzəbləndirib. O, qüvvələrin tezliklə çıxarılacağını desə də sonradan prosesin ləng gedəcəyini bəyan edib.