XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2019 - 11:43

Ermənistanda yeni parlament fəaliyyətə başladı- İlk iclası Knyaz Həsənov açdı

Ermənistanda yeni seçilmiş parlamentin ilk toplantısı keçirilib.

Strateq.az News.am-a istinadən xəbər verir ki, iclası baş nazir səlahiyyətlərini icra edən “Mənim Addımım” fraksiyasından olan ən yaşlı deputat, yezidi kürd əsilli Knyaz Həsənov açıb.

O, deputatların and mətnini oxuyub.

Qanunverici orqanın ilk iclasının gündəliyində 7 məsələ var. Deputatlar əvvəlcə hesablama komissiyasını, daha sonra gizli səsvermə yolu ilə parlamentin sədrini, onun müavinlərini və daimi komissiyaların tərkibini seçəcəklər. Bunun ardınca komissiya sədrləri müəyyən ediləcək.

Gündəliyə “Hökumətin strukturuna dəyişikliklər haqqında” qanun layihəsi və hökumətin proqramının təsdiqlənməsi də daxildir.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın sərəncamı ilə hökumətdə vəzifə tutan 17 məmur deputat seçilmələri ilə əlaqədar vəzifəsindən azad edilib.