XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 13:05

Nikol Paşinyan baş nazir oldu –Ermənistan prezidenti təsdiq etdi

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təyin edib.

Strateq.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.

Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub. Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

Ermənistan Konstitusiyasına əsasən, baş naziri parlament seçmir, prezident təyin edir. Parlament hökumət üzvlərini təsdiqləyir.