XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 17:40

Putin Paşinyanı təbrik etdi:“Birgə işimiz Rusiya-Ermənistan müttəfiqliyini möhkəmləndirəcək”

Rusiya prezidenti Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibəti ilə təbrik edib.

Strateq.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Ermənistanla Rusiya arasında dialoqun müttəfiqlik münasibətlərini möhkəmləndirəcəyinə ümid etdiyini yazıb.

O, qeyd edib ki, Rusiya Ermənistan münasibətləri dostluq ənənələri və qarşılıqlı hörmət əsasında qurulub: “Hesab edirəm ki, bizim dialoq və konstruktiv birgə işimiz Rusiya-Ermənistan müttəfiqliyini möhkəmləndirəcək. Bu, qardaş xalqların maraqlarına cavab verir”.