XƏBƏR LENTİ

03 Mart 2021
02 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2016 - 19:00

Ankara terrorunu törədən şəxsin gerçək kimliyi üzə çıxdı- Suriyalı deyilmiş

 

abdulbaki-somer-orta

 

Ankaranı qana boyayan terrorçu ilə bağlı yeni məlumatlar üzə çıxıb.

 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terroru  baş nazir Əhməd Davudoğlunun elan etdiyi kimi, Saleh Neccar adlı suriyalının yox, Abdülbaki Sömer adlı Türkiyə vətəndaşının törətdiyi məlum olub.

 

Məlumatlara görə, Sömer Kobanidən Türkiyəyə keçərkən özünü Salih Neccar kimi təqdim edib.


Ankara terroruna görə məsuliyyəti üzərinə götürən, PKK-nın bir qolu olan TAK da partlayışı A.Sönmezin törətdiyini açıqlamışdı.