İŞİD terror təşkilatı Nigeriyanın Rann şəhərini ələ keçirib.
Məlumata görə, militanların gözlənilməz hücumundan sonra hökumət qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.
Şəhərdə post quran terrorçular yaşayış binalarını yandırmağa başlayıblar.
Nigeriya hökuməti bəyanat yayaraq, KİV-də yayılmış məlumatları təsdiq edib: “İŞİD Rann şəhərini ələ keçirdi, geri çəkildik”.
Teleqraf.com