XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 22:46

Rusiya ilə ABŞ rəsmilərinin Cenevrədəki qapalı görüşü bitdi:"Heç bir irəliləyişə nail olmadıq..."

Cenevrədə Rusiya ilə ABŞ arasında Yaxın və orta mənzilli raketlərin ləğvi barədə razılaşma ilə bağlı danışıqlar başa çatıb.

Bu məlumatı “İnterfaks” agentliyi yayıb.

Məlumata görə, Rusiya tərəfdən danışıqlara Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ tərəfindən isə Dövlət katibinin birinci müavini Andrea Tompson qatılıb.

Qapalı şəraitdə keçən danışıqlardan sonra Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov görüşlə bağlı ilk açıqlamanı verib: “Görüşdə heç bir irəliləyişə nail olmadıq. Biz Rusiyanın müqaviləni müvafiq şəkildə yerinə yetirdiyini hesab edirik. ABŞ isə şikayətlərimizi gözardı edərək problemi dərinləşdirir”.

Axar.az