XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 14:21

Ermənistan parlamentində deputatlar arasında dava düşdü- VİDEO

Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyalarının deputatları arasında dava düşüb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Panorama” saytı yayıb.

Bildirilib ki, “Çiçəklənən Ermənistan”ın deputatı Arman Abovyan “İşıqlı Ermənistan”ın deputatı Arman Babcanyana “Səni parlamentin kürsüsündən Ermənistanın Ukraynadakı keçmiş səfiri Andranik Manukyan barədə böhtan yaymağa kim məcbur edir” deyə soruşub.

Bundan sonra tərəflər arasında dava düşüb. Parlamentin sədri Ararat Mirzoyanın sakitliklə bağlı çağırışlarına deputatlar məhəl qoymayaraq bir-birini döyüblər.