XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 21:17

Politoloq XİN-in bəyanatını qəbuledilməz sayır:"Bu tip açıqlamalar Paşinyanın xeyrinədir"

“Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ danışıqları ilə bağlı optimist açıqlamalara son qoymalıdır. XİN-nin bəyanatlarını oxuduqda, belə görüntü yaranır ki, danışıqların gedişi Azərbaycanın xeyrinədir”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, XİN-nin bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki görüşü ilə bağlı yaydığı bəyanatdakı “Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb” – cümləsini xatırladaraq, qeyd edir ki, bu tip cümlələr işğalçının başının altına yastıq qoyur: “25 ildir eyni bəyanatlar, eyni açıqlamalar verilir, işğal isə davam edir. XİN-nin bəyanatında göstərildiyi kimi, “müzakirələr faydalı və müsbət istiqamətdə” gedirsə, nədən yerimizdə sayırıq?

Tam əminliklə deyirəm ki, bu tip açıqlamalar Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın xeyrinədir. O, hazırda daxili problemlərlə üz-üzədir, ona görə də Qarabağla bağlı status-kvonu uzatmağa çalışır və belə çıxır ki, biz ona bu imkanı yaradırıq”.

Politoloqun sözlərinə görə, XİN deməliydi ki, “biz Ermənistandan konkret addımlar gözləyirik, Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlanılması üçün heç bir əsas yoxdur və s.”.