XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 21:05

Türkiyə genişmiqyaslı əməliyyata hazırlaşır- 80 min hərbçi hazır vəziyyətdə

Türkiyənin Suriyada başlayacağı hərbi əməliyyat bu ölkənin indiyə qədər keçirdiyi ən genişmiqyaslı əməliyyat ola bilər.

Trend-in məlumatına görə, Suriyada planlaşdırılan əməliyyat üçün 80 minədək hərbçi hazır vəziyyətə gətirilib.

Bundan əvvəl, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında müvafiq olaraq 8 minədək və 6,5 min hərbçi iştirak etmişdi.

1974-cü ildə Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi əməliyyata 40 minədək hərbçi qatılmışdı.

Xatırladaq ki, ötən ay Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Mənbic şəhərinin terrorçulardan azad olunması üçün əməliyyatın planlaşdırıldığını bildirmişdi.