XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 00:01

Tereza Mey hökuməti etimadsızlıq rəyindən qalib çıxdı –Səsvermə oldu

Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib.

TASS xəbər verir ki, çərşənbə günü İcmalar Palatasında (Aşağı palata) baş tutan səsvermə zamanı 325 deputatNazirlər Kabinetini dəstəklədiyini bildirib, eyni zamanda 306 deputatbunun əksini ifadə edib.

Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış “Brexit” sazişini dəstəkləməyib.

Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.

Report