XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 12:52

Nikolay Patruşev:"Poroşenko Ukraynanın parçalanması üçün hər şey edir"

“Kiyev hakimiyyəti Ukraynanı parçalamaqdan ötrü əlindən gələni edir”, – bunu Rusiyanın baş təhlükəsizlik rəsmisi deyib.

Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev Ukrayna hakimiyyətini, o cümlədən Prezident Petro Poroşenkonu ABŞ tərəfindən idarə olunmaqda suçlayıb. “Kiyev hakimiyyətinin bu siyasəti davam etdirməsi Ukrayna dövlətçiliyinin itməsinə töhfəsini verə bilər”, – Patruşev “Rossiyskaya Qazeta”ya deyib.

“Kiyev hakimiyyəti Ukraynanı parçalamaqdan ötrü hər şeyi edir, Qərbin Ukraynanı Rusiyadan ayırmaq ssenarisini gerçəkləşdirir, öz xalqının maraqlarını gözardı edir. Qərb regionlarının əhalisi cənub-şərqdə yaşayanlara inanmırlar, onları Rusiya dünyasının tərəfdarları sayırlar. Cənub və şərq regionlarında Kiyev hakimiyyəti daha çox radikal millətçilərin yerli əhaliyə göstərdiyi mənəvi və fiziki təzyiq hesabına təmin olunub”, – Patruşev sözlərinə əlavə edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Noyabrda isə Rusiya Qara dənizdə Ukrayna gəmilərini və dənizçilərini ələ keçirib. Dənizçilər sərhədi pozmaqda suçlanır, onlar barəsində həbs qətimkan təbiri uzadılıb.

(Azadlıq radiosu)