XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 12:49

“Dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatıb” –Qərargah hava ilə bağlı son məlumatı yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın hava ilə bağlı operativ məlumatı yayıb.

Strateq.az ETSN-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir: “Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır”.