XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 16:57

Rəsulzadənin barelyefini oğurlayan iki nəfər tutuldu –Barelyefi doğrayıb satıblar FOTO

 Daxili İşlər Nazirliyi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefinin oğurlanması ilə bağlı məlumat yayıb.

Strateq.az DİN-ə istinadən bildirir ki, yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən Rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib:

“Polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.