XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 17:26

Paşinyan rəqiblərini azərbaycanca söydü:"Normal, standart talançı, görməmiş"...

Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi ənənəvi canlı yayımların birində Azərbaycan dilində danışıb. 

 Strateq.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 2 gün əvvəl işə gedərkən avtomobilində çəkdiyi video zamanı həbs olunan erməni general Manvel Qriqoryan və onun tərəfdarlarına xitabən “normal, standart talançı, görməmiş” ifadələrini işlədib.

Paşinyan çıxışı zamanı keçmiş iqtidar partiyası – Respublikaçılar Partiyasının mətbuatda onun əleyhinə əks-təbliğat apardığından şikayətlənib. Baş nazir mətbuatda onun barəsində qərəzli yazılar yazıldığını və bunun bəzi şəxslər tərəfindən sifarişlə yazdırıldığını deyib. O deyib ki, mətbuatın 90%-i keçmiş iqtidar mənsublarının nəzarəti altındadır: “Onlar mətbuat vasitəsilə təbliğat aparırlar ki, guya, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda heç bir dəyişiklik olmayıb. Məqsədləri mənim nüfuzumu aşağı salmaqdır”.

Məlumat üçün qeyd edək ki, ermənilər danışıq dilində Azərbaycan sözlərindən geniş şəkildə istifadə edirlər. Eyni zamanda erməni ədəbi dilində də türk mənşəli sözlər kifayət qədər çoxdur. Bəzi erməni dilçilərinin yazdığına görə, müasir erməni dilinin təxminən 40%-i türk mənşəlidir.