XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 17:24

Bakı Şəhər Baş Polis İdarəsindən mitinqlə bağlı açıqlama:"Kobud qanun pozuntuları qeydə alınmayıb"

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdiyi razılaşdırılmış mitinqlə bağlı açıqlama yayıb.

İdarədən Strateq.az-a daxil olan məlumata görə,  bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib:

“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.