XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 10:35

Prezident İlham Əliyev bu günİrana səfər edəcək

ilham iran

 

Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edəcək.

IRNA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari məlumat verib.

O, bu günlərdə Azərbaycan, İsveçrə və Cənubi Afrika prezidentlərinin İrana səfər edəcəyini bildirib.

Ənsarinin sözlərinə görə, Azərbaycan Prezidentinin Tehrana səfəri çərşənbə axşamı gözlənilir. İsveçrə prezidenti Yohann Niklaus Şnayder-Amman İrana 26-28 fevral aralığında, CAR prezidenti Ceykob Zuma isə fevralın 29-da səfər etməlidir. report.az

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan prezidenti İlham Əliyevin fevralın sonlarında İrana səfər edəcəyini məlumat vermişdi. O səfərin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacağını, həmçinin səfər zamanı iqtisadiyyat və enerji sahələrində ikitərəfli sənədlərin imzalanacağını bildirmişdi.