XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 18:35

Deputat Fərəc Quliyev:"Nazirlər Kabineti ləğv edilməlidir"

“Mən həmişə şişirdilmiş aparatın əleyhinə olmuşam və paralellik aradan qaldırılmalıdır”.

  Strateq.az xəbər verir ki, bunu deputat Fərəc Quliyev “Azadlıq” radiosuna açıqlamasında bildirib.

Fərəc Quliyev hesab edir ki, yerli icra hakimiyyətləri orqanlarının səlahiyyətləri azaldılıb, həmin səlahiyyətlər bələdiyyələrə verilməlidir:

“ Çünki paralellik olanda anlaşılmazlıq yaranır, yerlərdə də insanlar hara müraciət edəcəklərini bilmirlər. Həm də seçkili orqanların idarəetməsi daha uyğundur. Əhali seçdikləri adamları iş başına gətirdikdə, onlardan nəyisə tələb də edə biləcəklər. Ona görə nə qədər ağır olsa da, islahatlar davam etməlidir. Neft-qaz, qismən də qeyri-neft sektorunda çalışanların hesabına şişirdilmiş aparatlarda olanlar maaş almalı deyillər. Sağlam rəqabət olmalıdır, bacarıqlı insanlar o strukturlarda yer almalıdır”.

Deputat sual edir ki, iş yeri açmaq üçün iki strukturun saxlanılmağına  nə ehtiyac var? 

“Bu baxımdan Nazirlər Kabineti paralel orqan olduğundan ləğv edilməlidir. 1992-93-cü illərdə AXC hakimiyyəti zamanı belə bir niyyət vardı, ancaq məlum hadisələr səbəbindən alınmadı. İndi də vitse-prezidentlik institutu və Prezident Administrasiyasında müəyyən şöbələr varsa, Nazirlər Kabineti artıq strukturdur… Bütün hallarda iş yeri açmaq xatirinə dövlət aparatı şişirdilməməlidir”.