XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 11:07

“Dövlət qulluğuna qəbulda neqativ halların qarşısı tamamilə alınıb” –Aparat rəhbəri

vilayet-dovlet-qullugu

 

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) “Komissiyanın 2015-ci il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edib.

Tədbiri giriş sözü ilə DQMK-nın Aparat rəhbəri Vilayət Hüseynov açıb.

O bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı neqativ halların qarşısı tamamilə alınıb.

DQMK-nın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn qeyd edib ki, yeni yaradılan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ştat cədvəllərinə uyğun 5-7-ci təsnifat vəzifələrinin təlimatları tərtib edilib:

“19 dövlət orqanında isə aparılmış struktur dəyişiklikləri nəzərə alınmaqla 280 vəzifənin vəzifə təlimatları yenidən işlənib hazırlanıb”.

Şöbə müdiri əlavə edib ki, 2007-ci illə müqayisədə namizədlərin sayı 5 dəfədən çox artıb:

“Eyni zamanda, 2015-ci ildə elan edilmiş 10 müsabiqə elanında iştirak edən 17784 nəfərdən 16716 nəfəri Komissiya tərəfindən həyata keçirilən “onlayn sənəd qəbulu” xidmətindən istifadə edib”.

DQMK-nın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov qeyd edib ki, etik məsələlərlə bağlı Komissiyaya 22 şikayət daxil olub: “Bu, şikayətlərdən 10-u Komissiyanın səlahiyyəti aid olmayıb. 6 şikayət əsassız hesab edilib. 4 şikayət isə təmin edilib”. 

Apa.az