Suriya müxalifəti prezident Bəşər Əsədin aprelin 13-nə ölkədə parlament seçkiləri təyin etməsinə qarşı çıxıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «Al Arabiya» telekanalına müsahibəsində Danışıqlar üzrə Ali Komitənin nümayəndəsi Hasan Ağa bildirib ki, hakimiyyətin savaş yolu ilə qorunduğu ölkədə seçkinin keçirilməsi mümkün deyil.
Xatırladaq ki, Əsəd aprelin 13-nə parlament seçkiləri təyin edib. Bununla bağlı rəsmi sərəncam da verilib.