İran İslam Respublikası prezidenti çərşənbə axşamı günü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb.
İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidentini rəsmi qarşılama mərasimində iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra İran və Azərbaycan Respublikası prezidentləri xüsusi hərbi bölmənin qarşısından keçib, sonra isə öz nümayəndə heyətlərini bir-birilərinə təqdim ediblər.
İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin görüşü, yüksək səviyyəli heyətlərin iclaslarında iştirak, iki ölkənin rəsmiləri arasında əməkdaşlıq sənədlərinin imzalanması cənab Əliyevin Tehran səfərinin proqramlarındandır.
Ruhani və Əliyev rəsmi qarşılama mərasimindən dərhal sonra ikitərəfli görüş məkanına daxil olublar.