XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2019 - 13:57

İcra başçısı Amerika istehsallı maşın sürməsinə belə reaksiya verdi:"Mənim yanımda Tramp kimdir?"

Şuşanın icra başçısı Bayram Səfərov ABŞ istehsalı olan “Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb.

Strateq.az-ın məlumatına görə, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:“Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.

Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli “Lincoln MKS” model avtomobili verilib.Hazırda sözügedən avtomobilə “58-AA-001” dövlət nömrə nişanı taxılıb.Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.