XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2016 - 13:44

Ukrayna Təhlükəsizlik Şurası iclasının stenoqramı açıqlanıb –Putin Kiyevə hücüm planlaşdırıbmış

 

SIMFEROPOL, UKRAINE - MARCH 01:  Heavily-armed soldiers without identifying insignia guard the Crimean parliament building next to a sign that reads: "Crimea Russia" after taking up positions there earlier in the day on March 1, 2014 in Simferopol, Ukraine. The soldiers' arrival comes the day after soldiers in similar uniforms stationed themselves at Simferopol International Airport and Russian soldiers occupied the airport at nearby Sevastapol in moves that are raising tensions between Russia and the new Kiev government. Crimea has a majority Russian population and armed, pro-Russian groups have occupied government buildings in Simferopol.  (Photo by Sean Gallup/Getty Images)

 

Ukraynada Rusiyanın Krımı ilhaq etməsi ərəfəsində ölkənin Milli Təhlükəsizlik və Müdafiə  Şurasının  28 fevral 2014-cü il tarixdə keçirilən iclasının stenoqramı yayılıb.  Stenoqramın dərc olunması ilə bağlı  açıqlanan məlumatlar göstərir ki, Ukrayna necə acınacaqlı və müdafiəsiz,  aciz duruma düşüb. Vəziyyət o dərəcədə kritik olub ki,   ruslar tərəfindən mümkün həmlə olacağı halda, paytaxt Kiyevi belə müdafiə etmək imkanları olmayıb.

 

Strateq.az “Alman dalğası”nın məlumatları əsasında hazırlanmış Ukrayna Milli Təhlükəsizlik və Müdafiə  Şurasının bu tarixi və ibratəmiz iclasındakı müzakirələrlə bağlı materialı təqim edir.

 

İclasda səslənmiş firkilərdən belə nəticə çıxarmaq olar ki,  Rusiya iki il əvvəl – fevralın sonunda Ukraynaya tammiqyaslı hücuma hazır olub.  Həmin günlər Rusiya xüsusi təyinatlı qüvvələri Krımın tutulması ilə bağlı xüsusi əməliyyat keçirirdi. Ukraynanın Şərq sərhədlərində isə böyük sursat arsenalı, Qara dənizdəki hərbi gəmilər və 38 minlik ordu qruplaşması döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

 

Bu hadisələrdən iki il sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə  Şurasının tarixi iclasının stenoqramı Ali Radanın (parlament)  Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin tələbi ilə açıqlanıb. Komitə sədri Sergey Paşiniski bildirib ki, “Bundan sonra hara hərəkət etməyimizi aydınlaşdırmaq üçün, hər şeyi öyənməli və təhlil etməliyik”.

 

Xəyanət və Şərqdən gələn real təhlükə

 

Milli Təhlükəsizlik və Müdafiə  Şurasının iclasına o zaman prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov sədrlik edib. Eks-prezident Yanukoviçin qaçmasından sonra Krımdakı əməliyyat şəraiti barədə ona Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri,  daxili işlər, müdafiə nazirləri, Baş nazir və digərləri məruzə ediblər.

 

Onların məruzələri göstərir ki, Rusiyanın bu cür sərt addımları və müdaxiləsini Kiyev və Qərb ölkələri də gözləmirmiş.

 

İclasın əvvəlində ilk olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko məruzə edib. O, Krımdakı “Berkut”un rusların tərəfində keçməsi, Rusiyanın isə ordudan Ukrayna ərazisində tam gücü ilə istifadə etməsi təhlükəsinin yarandığını qeyd edib: “Bizim hərbiçilər və güc strukturları əməkdaşlarının çoxu yeni hakimiyyəti qəbul etmir, əmrləri yerinə yetirməyə hazır deyillər və ümumiyyətlə, hərbi anda xəyanət ediblər”.

 

Daxili İşlər naziri Arsen Avakov isə deyib ki, “Berkut”un 67 əməkdaşı xəyanət edib.

 

Müdafiə naziri İqor Tenyk isə qeyd edib ki, Rusiyanın tammiqyaslı təcavüzü yalnız Krımla məhdudlaşmır: “Kiyev, Xarkov, Donetsk istiqamətlərində 28 min nəfər, 761 döyüş texnikası, 2200 zirehli maşın, 720 artileriyya sistemləri, 40 zərbə vertolyotu, 90 döyüş təyinatlı vertolyot, hücüm aviasiyasının 90 təyyarəsi cəmləşdirilib. Qara dəniz hövzəsində Rusiyanın 80 gəmisi döyüş növbəsinə çıxıb”.

 

O, Ukrayna ordusunu döyüş vəziyyətinə gətirilməsi üçün izacə verilməsini xahiş edib. Amma bildirib ki, ölkədə faktiki olaraq ordu yoxdur.

 

Nazir Ukraynanın döyüş tapşırıqlarını yerinə yetirə biləcək 5 min hərbçi səfərbər edə biləcəyini açıqlayıb: “Onları Krıma göndərə bilərik. Amma bu, problemi həll edə bilməyəcək.  Biz sadəcə onları orada məhv olmağa göndərərik.  Minlərlə kilometr sərhədin qorunması və Rusiyanın müdaxilə hazırlıqlarına qarşı nə edək?  Əgər səhər Çerniqov vilayəti tərəfdən girsələr, axşama artıq Kiyevə çatacaqlar”.

Nazir iki-üç dəfə xüsusi olaraq vurğulayıb ki, çoxdandır, Ukraynada genişmiqyaslı hərbi təlimlər keçirilməyib.

 

Qərb ölkələri və narahatlıq

 

Xarici İşlər naziri vəzifəsini icra edən Andrey Deşima “Vışeqrad dördlüyü” XİN başçıları ilə görüşdüyünü açıqlayıb. Onun sözlərinə görə, Ukraynanı tələsik addımlar atmamağa çağırıblar: “Onlar hamısı narahatlıqlarını ifadə edirlər. Amma öz planları barədə məlumat vermirlər”.

 

Yeni təyin olunan Baş nazir Arseniy Yatsenyuk isə ABŞ vitse-prezidenti ilə Ukraynaya dənizdən dəstək verilməsi ilə bağlı danışdığını açıqlayıb. “Onların hələ ki, mövqeyi yoxdur”, – deyə Yatsenyuk məlumat verib.

 

İclasda Ukraynanın prosedurlardan kənar NATO-ya üzvlüyü, yaxud Alyansa assosativ üzv olması ilə bağlı müzakirələr aparılıb.  Yatsenyuk isə bu məsələlərlə bağlı qeyd edib ki,  NATO-ya üzvlük real deyil: “Qoşulmaq. Bu ehtimal sıfra bərabərdir.  Bugünkü şərtlər daxilində bu birmənalıdır”.

Bu iclasda iştirak edən Yuliya Timoşenko isə qeyd edib ki, NATO-ya üzvlük Rusiyanın aqqresiyasını daha da artıracaq.

 

 Duma sədrinin hədəsi və Ukraynanın boşalmış xəzinəsi

 

Müzakirələr nəticəsində qərara alınıb ki, Ukrayna özünə arxalanmalıdır. Yatsenyuk  Krıma təcili olaraq maliyyə muxtariyyatı verilməsini təklif edib. Əlavə edib ki, bu, şərti olacaq. Belə ki, Kiyev Krımdan bütün vergilərin yığılmamasına razılıq verə bilməz. Yalnız bəzi vergilər Krımın özü tərəfindən yığıla bilər. Bu təklif keçməyib.

DİN və Ukrayna Təhülükəsizlik Xidmətinə Krımda harda mümkündürsə kadrların rotasiyasını həyata keçirmək tapşırığı verilib.

 

Qəfildən Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin A.Turçinova zəng edib. Stenoqrama əsasən o, Ukraynaya qarşı sərt addımların atılacağı ilə təhdid edib.  Telefon danışığının yekununda Turçinov bildirib ki, “yəqin ki, Rusiya yalnız Krıma qoşunların yeridilməsini nəzərdən keçirmir”.

O, Ukraynada hərbi vəziyyət elan olunması təklifini səsə qoyub. Amma iştirakçıların heç biri onu dəstəkləməyib.

Milli Bankın rəhbəri və Baş nazir bildirib ki, xəzinə boşdur və Rusiya ilə müharibə aparmaq üçün heç bir vəsait yoxdur.

 

Strateq.az