XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2019 - 09:26

Lapşin Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib –Bloger yenə Ermənistandadır, amma Qarabağa getməkdən qorxur

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə Azərbaycanda həbsxana cəzasına məhkum edilmiş bloger Aleksandr Lapşin deyib ki, Ermənistana bu səfərində Qarabağa baş çəkməyəcək.

Strateq.az bu barədə “Azadlıq radiosu”na istinadən xəbər verir.

Lapşin bildirib ki, o Qarabağa səfəri təhlükəli hesab etmir, amma dediyinə görə, bu səfəri ilə Azərbaycan hakimiyyətinə daxili auditoriyanın fikrini ölkə içində baş verən hadisələrdən yayındırmaq imkanı vermək istəmir.

Rusiya və İsrail vətəndaşlığı olan Lapshin bunu da bildirib ki, azadlıqdan qanunsuz məhrum edildiyinə və həbsxanada onun həyatına qəsd cəhdi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə ərizə verib.

“Strasburqda artıq Azərbaycan tərəfi ilə kommunikasiya başlanıb. AİHM mənim məlumatımı icraata götürüb. Bu olduqca mühümdür, çünki Azərbaycan müxtəlif addımları ilə bunun qarşısını almağa çalışırdı. Məhkəmə qətlə qəsdə dair qərar çıxaranda, bu onlara güclü zərbə vuracaq. Buna baxmayaraq məhkəmə ərizəni qəbul edib. Bu mənada mənim başıma gətirilənlər yerinə düşüb. Bütün sənədlər onlara göndərilib və indi onların mənim müraciətimdən şikayət vermək üçün üç ayları var. Biz indi bu mərhələdəyik”.

Bloger separatçı rejimin nəzarətində olan Dağlıq Qarabağa Azərbaycan hakimiyyət orqanlarının icazəsi olmadan səfər etdiyinə görə 2016-cı ildə Belarusda saxlanıb. Bundan sonra onu dövlət təhlükəsizliyi orqanlarının müşayiəti ilə xüsusi reyslə Minskdən Bakıya göndəriblər.

Lapşin Bakıda sərhədin qanunsuz keçilməsi ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev onu əvf edib.