XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 14:40

Azərbaycan və İran prezidentləri mətbuat konfransı keçirir:"Danışıqlar konstruktiv keçdi”

ilham iran pres

 

“Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarmız konstruktiv keçdi”.

 

Strateq.az İRNA-ya istnadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdikləri mətbuat konfransı zamanı deyib.

 

Onun sözlərinə görə, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub: “Son iki ildə bu hər iki prezident arasında baş tutan beşinci görüşdür. Mən həmişə iki dost, qonşu  və qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafını dəstəkləmişəm”.

 

İran prezidenti bildirib ki, hər iki dövləti qədim tarix, ənənələr birləşdirir.

   

Ruhani bildirib ki, görüş çərçivəsində 11 sənəd imzalanıb: “Görüş zamanı iki ölkə üçün mühüm olan siyasi, iqtisadi və mədəni məsələlər müzakirə edildi”.

 

Ruhaninin sözlərinə görə, neft-qaz sahəsində aparılan müzakirələr konstruktiv əsasda olub.