XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 13:28

Ukraynanın sabiq prezidenti dövlətə xəyanətdə ittiham olundu- Məhkəmə qərarı ilə

Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçi dövlətə xəyanətdə günahkar bilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Müttəhimin təqsirkar olduğunu qəbul etməməsinə baxmayaraq, məhkəmə şahidlərin ifadələrini dinlədikdən, ekspertlərin sübutlarını, sənədləri və maddi sübutları araşdırdıqdan, müdafiə və ittihamçı tərəfi dinlədikdən sonra onun cinayətin törədilməsində təqsirinin sübuta yetirildiyini hesab edir”, – hakim deyib.

Bu gün məhkəmə qərarı oxumağa başlayıb. Amma bu, qiyabi hökm olacaq, çünki sabiq prezident 2014-cü ildən bəri ölkə xaricindədir.