XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 15:07

Rəsmi Ankaradan ABŞ və Rusiyaya mesaj:"Kim nə edəcəksə, bunu Türkiyə ilə etməlidir”

“Suriyada İraqın şimalındakı kimi təhlükəsiz, güvənli bir bölgə olmayacaq. Suriyada təhlükəsiz bölgə Prezident Ərdoğanın fikridir. ABŞ və digər ölkələr bizimlə bu mövzuda əməkdaşlıq etmək istəyirlərsə, buna qarşı deyilik. Biz təkbaşımıza bu təhlükəsiz bölgəni yarada bilərik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, gündəmdəki mövzularla əlaqədar açıqlamalar verərək qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan çıxmaqla bağlı qərarını öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana söyləyib:

“Tramp daha sonra bu qərarı geniş ictimaiyyətlə bölüşüb. Trampı qərarından çəkindirməyə çalışanlar var. O qərardan sonra ABŞ-dan fərqli səslər eşidilməyə başladı. Rusiya Trampın qərarına təmkinlə yanaşır. Suriyada təhlükəsiz bölgə ilə bağlı qətiləşmiş bir şey yoxdur. Kim nə edəcəksə, bunu Türkiyə ilə etməldir”.

M.Çavuşoğlu qeyd edib ki, ABŞ-ın müəyyənləşdirdiyi təqvim müzakirə mövzusu deyil:

“Təhlükəsiz bölgədən tam olaraq nə anladıqlarına dair qəti bir şey yoxdur. Müzakirələrə davam edirik. ABŞ-la YPG-nin bağlarını qoparmaq mövzusunda müzakirələr aparırıq”.

Türkiyə XİN rəhbəri ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Jefrinin Ankaraya səfər edəcəyini də bildirib.

Suriyanı birləşdirmək istədiklərini qeyd edən M.Çavuşoğlu buna milli təhlükəsizlik məsələsi kimi baxdıqlarını vurğulayıb: “Siyasi proses nəticəsində Astana, Soçi və Cenevrədə atdığımız addımlar nəticəsində bu nöqtələrə gəldik. Suriya üçün konstitusiya komissiyasının ən qısa zamanda toplanması üçün Zərif və Lavrovla təmaslar quracağıq”.

Teleqraf.com