ABŞ sakinləri dünya ölkələri arasında ən çox Şimali Koreyanı özlərinə düşmən hesab edirlər. Amerika əhalisinin 16 faizi bu ölkəni real təhlükə sayır.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticələri «Gallup»ın ABŞ-da keçirdiyi sorğu üzə çıxarıb.
Sorğuya görə, «qara siyahı»nın ikincisi Rusiyadır. Əhalinin 15 faizi Rusiyanın ABŞ-a düşmən olduğunu düşünür. Üçüncü yerdə İran, dördüncü yerdə Çin gəlir. Növbəti yerləri isə sıra ilə İŞİD, İraq, Əfqanıstan və Suriya tutur.
Qeyd edək ki, ötən il siyahının lideri Rusiya (18 faiz) olmuşdu.