Azərbaycanda manatla kredit verən bankların sayı sürətlə azalır. Artıq “AGBank” da milli valyutada kredit ayrılmasını dayandırıb.
Strateq.az fins.az-a istinadən xəbər verir ki, məlumat bankdan təsdiqlənib.
Bildirilib ki, bu ilin fevralın 21-də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi kəskin devalvasiyadan sonra “AGBank” kreditləşməni manatla həyata keçirən azsaylı banklardan biri idi:
“Hazırda bank yalnız ABŞ dolları ilə, illik 28%-dən başlayaraq və 3 il müddətinə müştərinə kredit ayırır. Kreditin maksimal məbləği 10 min dollardır”.
Göründüyü kimi, bu bank da dollarlaşma prosesindən kənarda qala bilməyib və risklərini azaltmaq üçün kredit şərtlərinə yenidən baxmalı olub.
Strateq.az onu da bildirir ki, sözügedən bank deputat çingiz Əsədullayevə məxsusdur.
Strateq.az