XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 15:17

İran prezidenti:"Prezident İlham Əliyevlə Suriya məsələsini müzakirə etdik”

 

ilham iran pres

 

“Regional problemlər siyasi yolla həll olunmalıdır, bu münaqişələrin hərbi həlli yoxdur”.

 

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Ruhaninin sözlərinə görə, Azərbaycan prezidenti ilə Suriya məsələsini müzakirə edib:

“Suriya və digər regional məsələlər barədə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Biz hesab edrik ki, regional problemlərin hərbi yolla həlli mümkün deyil, münaqişlər yalnız sülh yolu ilə tənzimlənməlidir”.  

 

Ruhani həmçinin bildirib ki, prezident İlham Əliyevlə dini icmalarla bağlı məsələni müzakirə edib. Hər iki prezident İslam dininin sülh, dostluq  və əməkdaşlıq dini olduğunu bildirib.

 

Ruhani İran və Azərbaycanın regionadakı qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatını  dəstəkləyib. Bu “İran, Azərbaycan, Türkmənistan”, “İran, Azərbaycan, Rusiya” “İran, Azərbaycan, Türkiyə, Gürcüstan” formatıdır.