XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 14:58

Paşinyan İlham Əliyevlə görüşündən danışdı:“Hansısa nəticə gözləmirdik”

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirdiyi brifinqdə Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.

Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, Paşinyan bu görüşdə hansısa bir yekun nəticə olmadığını deyib: “Bu sadəcə təmas idi. Nə Əliyev, nə də mən hansısa nəticə gözləmirdik. Biz sadəcə danışdıq. Əlbəttə ki, biz Qarabağı müzakirə etdik. Amma bu rəsmi danışıqlar deyil. Biz sadəcə biz  və xalqlarımızın bu problemi necə qəbul etməkləri barədə  söhbət etdik”.

“Xankəndinin danışıqlar prosesinə cəlb olunması ilə bağlı məsələ müzakirə edilibmi?” sualının cavabında Paşinyan deyib ki, bütün danışıqlar onun publik çıxışları və bəyanatları çərçivəsində keçib. Paşinyan danışıqların bütün detallarının açmaqdan imtina edib və bunun etik olmadığını deyib.

Paşinyan Prezident İlham Əliyevlə rəsmi görüşün vaxtı barədə deyib ki, hazırda hər iki ölkənin XİN rəhbərləri bu istiqamətdə danışıqlar aparır: “Hələlik konkret nəticə yoxdur”.