XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 16:37

ƏƏSMN-də traybalizm:Sahil Babayev kadrlarının qohumlarına vəzifə verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub. 
Strateq.az unikal.org-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlu Təminat (təsərrüfat) şöbəsinin müdiri təyin edilib.
M.Məmmədəliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qaynıdır.
Xatırladaq ki, bir müddət öncə İsmayıl İsrafilov nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin etmişdi. İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.
Təyinat xəbərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.