XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 23:07

İraqda Türkiyə hərbi bazasına hücum oldu –PKK üzvləri bir neçə hərbi maşına od vurublar + FOTO

Iraq Kürd Muxtariyyətinin ərazisində mövcud olan Türkiyə hərbi bazasına PKK üzvləri hücum edib.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təxribat xarakterli hücum nəticəsində bazada olan bir neçə hərbi maşın və avadanlıqlar yandırılıb.

Nazirlik bəyan edib ki, hadisə ilə bağlı müvafiq tədbirlər görülüb.

Hadisədən dərhal sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kürd Muxtariyyətinin baş naziri Neçrivan Bərzani ilə telefonda danışıb.

Telefon söhbətində Bərzani baş verən hadisə ilə bağlı gərəkli tədbirlər aldıqlarını bildirib. O, qeyd eidb ki, təxribatla  bağlı istintaq başladılıb.