XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2019 - 11:31

Rəsulzadənin üçüncü barelyefi- Bu dəfə təkcə adı saxladılar

Novxanıda oğurlanandan sonra yenisi hazırlanaraq yerinə asılan və səhvlərə görə qınanılan barelyefin ikincisi düzəldilib. 

Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə, sadəcə, “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə yeni xatirə lövhəsində yol verilən ciddi nöqsanlar geniş müzakirələrə səbəb olmuş, xeyli qınanmışdı. Belə ki, lövhədə Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti, M.Ə.Rəsulzadə isə onun rəhbəri kimi qeyd olunmuşdu.

Bundan başqa, AXC liderinin adı da səhv yazılmışdı.