XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 21:03

“Avropa Birliyinin mövqeyi qətidir, PKK terror təşkilatıdır” –Federika Moqerini

moqerni-avropa

 

"Avropa Birliyi istənilən terror hadisəsini qınayır və PKK-nı da terror təşkilatı olaraq görür".

 

Bu sözləri Avropa Birliyinin Təhlükəsizlik və Xarici Siyasət üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

 

“AB-nin mövqeyi son dərəcə qətidir. Bunu Ankarada da bildirdim. AB mümkün olan hər yolla terror hadisələrini qınayır və PKK-nı terror təşkilatı olaraq görür. Biz, həmçinin Türkiyədəki kürd probleminin sülh vasitəsilə həll olunacağına inanırıq. Bir neçə il öncə Türkiyə hakimiyyəti tərəfindən sülh prosesi ilə bağlı ilkin addımlar atıldı. AB istər Türkiyə, istərsə də İraq və Suriyada kürdlərin separatçı meyllərini dəstəkləmir”, – Moqerini vurğulayıb.

 

Rusiya-Türkiyə gərginliyinə münasibət bildirən Moqerini qeyd edib ki, soyuq müharibənin başlanması ehtimalı yoxdur(Axar.az).